Bitkoin enerji sərfiyyatına görə Argentina, Niderland və BƏƏ-ni geridə qoydu - FOTO



 

Kembric Universiteti alimlərinin hesablamalarına görə, hər il Bitkoin kriptovalyutasının hasil edilməsinə sərf olunan elektrik enerjisi Argentina, Niderland və BƏƏ-nin illik istehlak həcmindən daha yüksəkdir.

“HaberTürk”ün məlumatına görə, ekspertlər kriptovalyutanın ucuzlaşmayacağı təqdirdə enerji sərfiyyatının daha da artacağını bildirirlər.

Hesablamalara görə, hər il dünya üzrə Bitkoin hasilatına 121.36 terravatt/saat elekrik enerjisi sərf olunur. Müqayisə üçün Argentinada bu rəqəm 121, Niderlandda isə 108.8 terravatt/saatdır.