Ruhani: “Baydendən heç bir xoşməramlı jest görməmişik”



 

Tehran Prezident Co Baydendən nüvə sazişinə qayıtmaqla bağlı heç bir xoşməramlı jest görməyib.

ISNA-nın məlumatına görə, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

“Onların ritorikası dəyişib, ancaq biz bunu praktikada da görməliyik”, - deyə H.Ruhani bildirib.

Onun sözlərinə görə, İran xalqına qarşı maksimal təzyiq göstərilməsinin məğlubiyyətə düçar olacağına heç kimin şübhəsi olmayıb.