Türkiyə üç şəhid verdi - FOTO



 

Türkiyənin İraqın şimalında başlatdığı “Pençe Kartal-2 Hərakatı”nda üç Türkiyə hərbçisi şəhid olub, üçü yaralanıb.

Bu barədə Türkiyə Milli Müdafiə nazirli məlumat yayıb.

“Bizi dərin kədər və üzüntü ilə boğan bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvətlərinə və millətimizə başsağlığı, səbir, yaralılara şəfalar diləyirik”, - deyə nazirliyin açıqlamasında qeyd olunur.