Tramp ondan üz çevirən respublikaçılardan qisas almağa hazırlaşır



 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Senatda impiçment prosesi başa çatdıqdan sonra aktiv siyasi fəaliyyətə geri qayıdacaq.

 Bu barədə “Politico” eks-prezidentin yaxın ətrafındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, impiçmentlə bağlı vəziyyət hələlik eks-prezidentin xeyrinə davam edir.

“Kapitoliyə hücumun üzərindən bir ay keçib, mən deyərdim ki, respublikaçıların böyük hissəsi yenidən onun ətrafında toplaşır”, - deyə mənbə bildirib.

Nəşrin həmsöhbətləri bildirib ki, impiçment artıq Tramp üçün faydalı olub. Belə ki, proses Trampa qarşı olanları müəyyən etməyə və partiyanın digər üzvlərində onlara qarşı mənfi reaksiya yaratmağa imkan verib.

Mənbə qeyd edir ki, hələlik meydandan çəkilmiş Tramp impiçmentdən sonra yenidən siyasi aktivliyini artıracaq və ondan üz çevirmiş respublikaçılardan qisas almağa köklənəcək.