Rusiyada ağır qəza, 5 ölü



 

Rusiyanın Kemerovski vilayətində ağır yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata əsasən, KİA Cees markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə 5 nəfər ölüb. Onların arasında bir uşaq da var.

Hadisə yerində araşdırmalar aparılır. Hazırda qəzanın başvermə səbəbləri öyrənilir.