Ayağı büdrəyərək yola çıxdı, ölümlə üz-üzə gəldi - VİDEO



 

Türkiyədə baş verən maraqlı hadisə küçə dirəyində quraşdırılan müşahidə kamerası vasitəsilə qeydə alınıb.

“Haber Global” məlumat verir ki, Bursa şəhər sakini alış-veriş üçün getdiyi mağazadan çölə çıxarkən ayağı pilləkəndə sürüşərək büdrəyib. O, müvazinətini itirərək düz avtomobil yolunun ortasına çıxıb.

Elə bu vaxt həmin yolda sürətlə hərəkət edən avtomobilin sürücüsü son anda sükanı sola çəkərək, toqquşmadan yayınıb.