Sərnişin İstanbul hava limanında uşaq dünyaya gətirdi - VİDEO



 

Rusiyadan Ankaraya uçan sərnişin İstanbul hava limanında uşaq dünyaya gətirib.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Bildirilir ki, Şahsənəm Kabilcankızı aeroportun tranzit ərazisində doğuş həyata keçirib.

Hazırda xəstəxanaya yerləşdirilən ana və uşağının vəziyyəti yaxşı qiymətləndirilir.