Koronavirusa yoluxan britaniyalı “Simpsonlar” kimi saralıb



 

Britaniya sakini Lenni Cons koronavirusa yoluxduqdan sonra təpədən dırnağa kimi saralıb və “Bart Simpsona bənzəməyə” başlayıb.

News.ru portalının yaydığı xəbərə görə, Lenni təngənəfəs olduqdan və dərisi saraldıqdan sonra həkimə müraciət edib. Onun COVID-19 testi pozitiv çıxıb və həkimlər Consun həyatını xilas etmək üçün qanını yumalı olublar.

Britaniya Səhiyyə Nazirliyindən verilən məlmata görə, qeydə alınan hal pandemiya ərzində sayca 20-ci olub.

Xəstəliyin nadir əlamətlərinin daşıyıcısı olan L.Cons 11 gün xəstəxanada yatıb. Bu müddət ərzində onun oksigen balonuna ehtiyacı olmayıb.