Havada diz zərbəsilə rəqibini nokauta göndərdi - VİDEO



 

Amerikalı qarışıq döyüş (MMA) ustası Kori Sendhagen həmyerlisi Frenk Edqar üzərində qələbə qazanıb.

“Lenta” portalı döyüşün UFC çempionatı çərçivəsində Las-Veqasda baş tutduğunu bildirib.

28 yaşlı Kori qarşılaşmanı elə ilk raunddaca başa çatdırıb. O, tullanışda dizi ilə rəqibinin başına zərbə endirib və Frenki nokauta göndərib.

Qeyd edək ki, bu sonuncunun karyerasında 9-cu məğlubiyyət olub.