Məsut Özil: “Yolumuz uzundur və inşallah, sonu çempionluq olacaq”



 

Türkiyə superliqasının növbəti turunda “Qalatasaray”a 1:0 hesabı ilə məğlub olan “Fənərbağça”nın ulduz oyunçusu Məsut Özil matçın nəticəsilə bağlı açıqlama verib.

“Haber Global”ın məlumatına görə, futbolçu nəticənin daha fərqli ola biləcəyini qeyd edib.

“Komandamla çıxdığım ilk oyunların daha fərqli nəticə ilə başa çatmasını istərdim. Dünənki məğlubiyyətə görə hamımız çox pərişanıq. Amma mən “Fənərbağça”ya komanda yoldaşlarım və azarkeşlərimizlə birlikdə qələbələr və kuboklar qazanmaq üçün gəlmişəm. Yolumuz uzundur və inşallah, sonu çempionluq olacaq. Bunun üçün daim əlimizdən gələni etməyə davam edəcəyik”, - deyə Özil bildirib.