Emel Sayın koronavirusa qarşı peyvənd olunub - VİDEO



 

Türkiyənın sayılıb-seçilən sənətçilərindən olan Emel Sayın koronavirusa qarşı peyvənd olunması barədə məlumat verib.

“Haber Global” bildirir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Emel Sayın 1998-ci ildə “Dövlət sənətçisi” fəxri adı alıb. 75 yaşlı ifaçı “Instagram” hesabında video paylaşaraq vaksinasiyadan keçdiyini deyib.

“Salam. İndi peyvəndimi vurdurub gəldim. Amma yenə də ehtiyatı əldən verməyəcəyik. Görüşərik”, - deyə Sayın pərəstişkarlarına müraciət edib.