Bayden rəsmi Tehranın bəyanatına cavab verdi



 

ABŞ İranın nüvə sazişinə qayıtması üçün bu ölkəyə tətbiq olunan sanksiyaları yumşaltmaq fikrində deyil.

TASS xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden CBS telekanalına müsahibəsi zamanı bildirib.

Bayden jurnalistin rəsmi Tehranı sözügedən razılaşmaya qaytarmaq üçün ABŞ-ın ilk addımı atacağı və sanksiyaları yumşaldacağı ilə bağlı sualını “Yox” deyərək cavablandırıb.