“Kasımpaşa”nın keçmiş futbolçusu evində ölü tapıldı



 

Argentinanın “Qodoy Krus” klubunun futbolçusu Santyaqo Qarsiya öz evində faciəli şəkildə vəfat edib.

“Marca” nəşri xəbər verir ki, polis ölümcül yara almış uruqvaylı futbolçunun cəsədini şənbə günü aşkar edib.

Meyitin yaxınlığında odlu silah tapılıb. Hüquq-mühafizə orqanları 30 yaşlı oyunçunun intihar etdiyi bildirir.  

“Moro” ləqəbli Qarsiya 51 qola imza ataraq “Qodoy Krus” tarixində ən yaxşı bombardir hesab olunurdu.

O, karyerası ərzində uruqvayın “Nasional” və “River Pleyt”, Braziliyanın “Attletiko Paranaenses” və Türkiyənin “Kasımpaşa” futbol klublarında çıxış edib.