Afrikanın koronavirus statistikası açıqlandı



 

Afrika qitəsində koronavirus qurbanlarının sayı 94 mini keçib.

Bu barədə ÜST-ün Afrika təmsilçiliyi məlumat yayıb.

“Afrika qitəsində koronavirusa 3.6 milyon yoluxma qeydə alınıb. 3.1 milyon insan sağalıb, 94 mindən çox insan ölüb”, - deyə qurumdan bildirilib.