“Yuventus” “Roma”ya qalib gəldi, turnir cədvəlində yüksəldi - VİDEO



 

İtaliya A seriyasının 21-ci turunda “Yuventus” “Roma”nı evində qonaq edib.

Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə “Roma” hesabı bərabərlişdirməyə çalışsa da, İbanezin öz qapısına qol vurması ilə iki top fərqi ilə geri düşüb.

Bu qələbə ilə “Yuventus” turnir cədvəlində də “Roma”nı qabaqlayaraq üçüncü pilləyə yüksəlib. Turin təmsilçisi 20 oyunda 42 xal toplayıb. Roma isə 21 oyundan 40 xal toplaya bilib.