“Qalatasaray” liderliyə yüksəldi: Arda Turan göz yaşlarını saxlaya bilmədi



 

“Qalatasaray”ın futbolçusu Arda Turan “Fənərbağça” üzərində minimal hesablı qələbədən sonra göz yaşlarını saxlaya bilməyib.

Bu barədə “Spor Arena” məlumat yayıb.

Təcrübəli futbolçu oyundan sonra kapitan Fernando Musleranı qucaqlayaraq ağlayıb.

“Bu gün məşqçimiz ilk dəfə və əlavə bir taktiki məşq keçdi. Nə dedisə, bu gün qarşımıza çıxdı. Liderliyə yüksəldik. Derbidə qalib gəlməyin qürurunu yaşayırıq”, - deyə A.Turan bildirib.