Maskın sərvəti bir həftədə 11.5 milyard dollar artdı



 

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın sərvəti həftə ərzində 11.5 milyard dollar artıb.

Bu barədə “Forbes” məlumat yayıb.

Nəşr qeyd edir ki, biznesmenin sərvəti 184.3 milyard dollara çatıb.

Maskın sərvətinin artmasına əsas səbəb “Tesla” şirkətinin kapitalizasiyasının artması olub.