Türkiyədə 32 dərəcə temperatur qeydə alındı



 

Türkiyənin bir çox ərazilərində kəskin hava şəraiti hökm sürsə də, Adana şəhərində əsl yaz havası yaşanır.

Bu barədə “Haber Global” məlumat yayıb.

Belə ki, bu gün qardaş ölkənin Adana şəhərində quraşdırılmış termometrlər 32 dərəcəni göstərib. Yerli sakinlər sözügedən hava şəraitinin fevral ayı üçün səciyyəvi olmadığını bildiriblər.