Rusiyada yaşayış binasında yanğın: Ölən və yaralılar var



 

Rusiyanın Yeni Moskva bölgəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə TASS yazıb.

Yanğın nəticəsində üç nəfər həlak olub. Onlardan ikisi azyaşlı olub. Hadisə zamanı həmçinin 14 nəfər yaralanıb.

Yanğına səbəb kimi elektrik sistemində yaranmış qısaqapanma göstərilir.