Trampı dəstəkləyən kanaldan geri addım - FOTO



 

Trampa dəstəyi ilə tanınan “Fox News” teleşirkəti ən populyar proqramlarından biri olan “Lou Dobbs Tonight”ı (“Lu Dobsla axşam vaxtı”) efirindən çıxardır.

Bu barədə “Los Angeles Times” xəbər yayıb.

Verilişin aparıcısı Lu Dobs ABŞ-ın keçmiş Prezidenti Donald Trampı və onun prezident seçkilərində saxtakarlıq olduğu ilə bağlı iddialarını dəstəkləyirdi. Proqram gündə iki dəfə, saat 17-də və 19-da yayımlanırdı.

Gələn həftədən etibarən veriliş “Fox Business Tonight” adlanacaq. Onun aparıcısı isə Ceki De Ancelis və Devid Esman olacaq.

Kanalın bildirdiyinə görə, 75 yaşlı Dobbs “Fox News” ilə çalışmağa davam edəcək, lakin, böyük ehtimalla, artıq televiziya şirkətinin efirində görünməyəcək.