Moskvada teatra gedən məktəblinin gözü tutuldu



 

Rusiyanın Moskva şəhərində teatrdan qayıdan 12 yaşlı məktəbli kor olub.

Vesti.ru xəbər verir ki, uşağın başına gələn hadisənin tam olaraq nə vaxt baş verdiyi bildirilmir.

Zərərçəkənin anasının dediyinə görə, oğlu teatrdan qayıdandan bir gün sonra bir gözü tutulub.

O bildirib ki, tanımadığı bir qadın uşağın üzünə lazer şüası salıb.

Xəstəxanaya aparılan məktəbliyə gözün radiasiya yanığı diaqnozu qoyulub.

Hüquq-mühafizə orqanları faktı araşdırırlar.