İstanbulda eyvandan yıxılan qadını peyk anteni xilas etdi – FOTO/VİDEO



 

İstanbulun Bəyoğlu məhəlləsində yaşayan bir xanım binanın beşinci mərtəbəsindən yıxılıb.

“Haber Global”ın məlumatına əsasən, hadisə yerli vaxtla saat 13.00 radələrində Cahangir Molla Bayırı küçəsindəki beşmərtəbəli binada baş verib. Binanın sonuncu mərtəbəsində atası ilə birlikdə yaşayan 36 yaşlı Melda Kantar eyvandan yıxılaraq qarşıdakı binanın damına düşüb. Damda quraşdırılmış çanaq anteninə dəyən qadın son anda ölümdən qurtulub.   

Meldanın atası onun eyvandan yıxıldığı anda telefonla danışdığını bildirib. Hadisə yerinə gələn təcili yardım əməkdaşları və xilasedicilər yaralı və psixoloji sarsıntı keçirmiş xanımı damdan düşürərək xəstəxanaya aparıblar.