Liviyanın müvəqqəti hökuməti və prezident şurası seçilib



 

Liviya siyasi dialoq forumunun İsveçrədə keçirilən iclasında Yaxın Şərq dövlətinin prezident şurası və müvəqqəti hökuməti seçilib.

“Anadolu Agentliyi” xəbər verir ki, Muhamməd əl-Manafi Liviya prezident şurasının sədri, Musa əl-Kuni və Abdullah əl-Lyafi şuranın üzvləri, Əbdül Həmid əl-Dbeyba isə Liviyanın Baş naziri seçilib.

Müvəqqəti hökumətin başlıca vəzifəsi 2021-ci ilin dekabrın 24-də ümumxalq səsverməsinin təşkili olacaq.

Qeyd edək ki, Liviya parlamenti yeni icraedici hakimiyyət nümayəndələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Xatırladaq ki, artıq xeyli müddətdir, Liviyada iki icra hakimiyyəti orqanı fəaliyyət göstərir. Onlardan birinə Faiz Sərrac, digərinə isə feldmarşal Xəlifə Həftar başçılıq edir.