"TikTok"da insan qaçaqçılığı ilə bağlı reklam çarxı yayımlanıb - VİDEO



 

Dünyada 800 milyon aktiv istifadəçiyə sahib olan “TikTok” sosial şəbəkəsində insan qaçaqçılığı ilə bağlı reklam çarxı yayımlanıb.

Türkiyənin “Hürriyyət” nəşrinin məlumatına görə, sözügedən videoçarx “TikTok”erlərin biri tərəfindən paylaşılıb.

Reklam çarxında Suriyadan Livana qeyri-qanuni yolla keçmək istəyən şəxslər üçün xüsusi xidmətlər təklif olunur. Müəyyən məbləğ qarşılığında istənilən şəxsin lüks avtomobil karvanının müşayiəti ilə sərhədi qeyri-qanuni yolla keçərək bir ölkədən digərinə aparıldığı bildirilir.

Xidmətlərin dəyəri isə ərazidən və məsafədən asılı olaraq dəyişir.

Məsələn, Livana Suriyanın Dera qəsəbəsindən yola düşmək üçün Azərbaycan manatı ilə təxminən 680, Şamdan 340, Homsdan 255, Afrindən isə 1360 manat ödəmək lazımdır.