Şimali Osetiya rəhbərinin qardaşı evində ölü tapıldı



 

Rusiya Federasiyası Şimali Osetiya Respublikası başçısı Byaçeslav Bitarovun qardaşı Kazbek Bitarov öz evində ölü vəziyyətdə tapılıb.

“İnterfaks”dan verilən xəbərə görə, yerli hökumət orqanları məlumatı təsdiqləsələr də, mərhumun ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilmir.

Yerli KİV hüquq-mühafizə orqanlarının intihar versiyası üzərində dayandığını bildirir.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayında Kazbek Bitarovun iştirakı ilə Kabardin-Balkar Respublikası ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Qəza nəticəsində kişi, qadın və iki uşaq olmaqla, bir ailənin üzvləri həlak olub.