Bir neçə gün əvvəl “Twitter”dən gedən İlon Mask bu dəfə “Dogecoin”la geri döndü – FOTO



 

Bir neçə gün əvvəl “Twitter”dən getdiyini açıqlayan milyarder İlon Mask sosial şəbəkəyə geri qayıdıb.

O, “Ur welcome” (Xoş gəldin) başlığı ilə “Dogecoin” kriptovalyutasının loqosu olan fotomontaj paylaşıb.

Bu baylaşımdan sonra “Dogecoin”ın dəyəri 79 faiz artıb.

“Dogecoin xalqın puludur. Nə baha, nə ucuz, sadəcə dogecoin”, - deyə Mask qeyd edib.

Xatırladaq ki, məşhur milyarder “Twitter” səhifəsinə “Bitcoin”i işarələdikdən sonra kriptovalyutanın dəyəri 20 faizə qədər artmışdı.