Ermənistanın Azərbaycana böhtanı - VİDEO



 

Azərbaycan tərəfi dünən və bu gün Cəbrayıl və Fizuli istiqamətində Ermənistan tərəfdən ölən hərbçilərin qalıqlarının axtarışının aparılmasına icazə verməyib. 

Bu barədə erməni mətbuatı məlumat yayıb. 

Bildirilib ki, ötən gün Hadrut yaxınlığında bir nəfərin qalıqları tapılıb. Cəsəd tanınmaz halda olduğunu üçün DNT testi keçiriləcək. 

Bu xəbəri yalan adlandıran hərbi ekspert Ramil Məmmədov ermənilərin bu təxribatının əslində nəyə hesablandığını açıqlayıb: 

“Ermənistan hökumətinin bu cür təxribat xarakterli xəbər yaymaqda məqsədi bəzi daxili problemləri ört basdır etməkdir”. 

Qeyd edək ki, Erməni mətbuatının yazdığına görə, İkinci Qarabağ müharibəsi bitəndən bu günədək, 1 355 erməni hərbçinin qalıqları tapılıb.