AFFA Bakı və Gəncə klublarını cəzalandırdı



 

AFFA İntizam Komitəsi (İK) “Səbail” və “Kəpəz” klublarını 800 manat məbləğində cərimələyib.

Buna paytaxt təmsilçisinin “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçına gecikməsi səbəb olub.

“Kəpəz” klubu da eyni məbləğdə cərimə ödəyəcək. Gəncə təmsilçisinin dörd futbolçusu “Keşlə”yə 0:1 hesabı ilə uduzduqları 1/4 finalın ilk görüşündə sarı vərəqə ilə cəzalandırılıb.