Neymardan PSJ-yə jest - FOTO



 

Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar sosial şəbəkədə Paris klubuna olan sevgisini etiraf edib.

28 yaşlı braziliyalı bu barədə öz “Twitter” hesabında paylaşım edib.

Neymar paylaşdığı fotoya “Mən səni sevirəm, PSJ!” şərhini yazıb.

Xatırladaq ki, ulduz futbolçunun PSJ ilə müqaviləsinin müddəti 2022-ci ilin yay ayında bitir.