Gürcüstanda metro və ictimai nəqliyyat fəaliyyətini bərpa edir



 

Fevralın səkkizindən etibarən Gürcüstanın Tbilisi, Rustavi və Kutaisi şəhərlərində ictimai nəqliyyatın hərəkəti bərpa ediləcək.

“Qruziya-Onlayn” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında çıxış edərkən məlumat verib.

G.Qaxaria həmçinin qeyd edib ki, metro və mikroavtobuslar da vətəndaşlara xidmət göstərəcək.