İngiltərədə qonaqların günü: “Liverpul” öz meydanında məğlub oldu - VİDEO



 

İngiltərə Premyer Liqasında növbəti sensasiya yaşanıb.

Oxu.Az xəbər verir ki, ötən tur üçüncü pilləyə qalxmış “Liverpul” çempionluq mübarizəsində vacib xallar itirib.

Ötən tur “Totenhem”i 1:0 məğlub etmiş “Brayton” bu dəfə “Enfild Roud”da son çempion “Liverpul”a eyni hesabla qalib gəlib. “Brayton” kubok matçı da daxil olmaqla, ardıcıl beş matçdır ki, məğlub olmur.

Bundan başqa, gecənin digər oyunlarında da qonaqlar qalib gəlib. Belə ki, “Lester” “Fulhem”i, lider “Mançester Siti” “Börnli”ni 2:0 məğlub edib. “Everton” “Lids”ə 2:1, “Vest Hem” isə “Aston Vila”ya 3:1 hesabı ilə qalib gəlib. Bu nəticə ilə “Lester” yenidən “Liverpul”u dördüncü pilləyə endirib.

Qeyd edək ki, bu gün turun mərkəzi görüşü olacaq. London derbisində “Totenhem” “Çelsi”ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Səbuhi Musayev