Myanmada sosial şəbəkələrə giriş məhdudlaşdırıldı



 

“Facebook”un sözçüsü Endi Stoun Myanmada istifadəçilərin şəxsi hesablarının bloklandığını bəyan edib.

“Reuters” agentliyi isə Myanmanın Rabitə Nazirliyinə istinadən xəbər verir ki, ölkədəki hərbi çevrilişlə əlaqədar olaraq sabitliyi qorumaq üçün “Facebook”un yeddi fevral tarixinədək bağlanacağı açıqlanıb.

Xatırladaq ki, fevralın 1-də Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.