Hər dörd amerikalıdan biri koronavirusa qarşı peyvənd vurdurmaq istəmir



 

ABŞ-da hər dörd amerikalıdan biri koronavirusa qarşı peyvəndləmədən imtina etmək istəyir.

Bu barədə TASS xəbər yayır.

Respondentlərin digər 50 faizi ilk fürsətdə vaksinasiyaya hazır olduqlarını və sorğuda iştirak edənlərin 6 faizi isə artıq peyvənd edildiklərini deyiblər.

Eyni zamanda, sorğu iştirakçılarının 19 faizi peyvəndi təxirə salmağa, 24 faizi isə peyvəndlərdən uzaq durmağa üstünlük veriblər.