“Rus ruleti” oynamaq gəncə baha başa gəldi



 

Dostları ilə “rus ruleti” oynayan gənc ağır yaralanıb.

“Haber Global”ın məlumatına görə, hadisə Hatay vilayətinin Samandağ rayonunda baş verib.

Bildirilir ki, Ü.C. adlı şəxs dostlarının evində olarkən silahını çıxarıb və “rus ruleti” oynamağı təklif edib. İçində bir güllə olan silahdan ilk atəşi də özü edib. Ancaq bəxti gətirməyib, silah açılıb və güllə başının bir tərəfindən girib, o biri tərəfindən çıxıb.

Ağır yaralanan gənc xəstəxanaya çatdırılıb və dərhal əməliyyat edilib.

Onun vaziyyəti sabit qiymətləndirilir. Polis baş verənlərlə əlaqədar istintaqa başlayıb.