“Pekin-2022” Qış Olimpiya Oyunları boykot edilə bilər
İnsan hüquqlarının müdafiəsi üzrə 180 təşkilatın koalisiyası gələn il Çində keçiriləcək Qış Olimpiya və Paralimpiya oyunlarını boykot etməyə çağırıb.
Bu barədə “Lenta” məlumat yayıb.
Məlumata görə, hüquq müdafiəçiləri artıq bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlayıblar. Lakin onların təklifi qəbul edilməyib.
Koalisiya üzvləri bildirirlər ki, indi dünya ölkələrinin sözügedən məsələ ilə bağlı sərt mövqe nümayiş etdirməsinin vaxtı çatıb.
Qeyd edək ki, hüquq müdafiəçiləri rəsmi Pekini insan haqlarını pozmaqda, xüsusilə də müsəlman uyğurlara qarşı kütləvi repressiyalarda ittiham edirlər.