Trampın keçmiş müşavirinin fəaliyyəti barədə istintaq başlanıb



 

Nyu-York şəhər prokurorluğu ABŞ-ın eks-prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennon barədə istintaqa başlayıb.

TASS “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, prezidentliyinin son günündə, yanvarın 20-də Tramp 73 şəxsin əfv olunması barədə sərəncam verib. Əfv olunanlar sırasında 66 yaşlı Bennon da olub.

O, “Biz bina tikirik” (We Build the Wall) adlı qeyri-kommenrsiya təşkilatı üçün toplanmış vəsaitlərdən 25 milyon dollar mənimsəməkdə ittiham edilirdi.

Bugünlərdə Nyu-York dairə prokuroru Sayrus Vensin tələbilə Bennon barədə yenidən istintaq başladılıb.

Eks-müşavirin köhnə, yaxud da tamamilə yeni qanun pozuntularında günahlandırıldığı isə hələ ki məlum deyil.