İran əsilli arvadını başında torba, boğazı kəsilmiş halda tapdı



 

Türkiyədə İran əsilli qadın başında torba, boğazı kəsilmiş halda tapılıb.

Bu barədə “Haber Global” məlumat verib.

Bildirilir ki, dəhşətli hadisə Balıkesir şəhərində qeydə alınıb.

Qadını həyat yoldaşı R.B. tapıb. O, işdən evinə qayıtdıqda arvadı 31 yaşlı Samirə R. -ni qəddarcasına qətlə yetirilmiş halda aşkarlayıb və dərhal polisə xəbər verib.

Araşdırma zamanı evdə qazın da açıq qoyulduğu görünüb.

Hadisə ilə bağlı istintaqa başlanılıb.