Qazaxıstanın ən varlı və nüfuzlu şəxslərindən biri vəfat etdi



 

Qazaxstanlı oliqarx, ölkənin ən varlı və nüfuzlu şəxslərindən biri sayılan Əlican İbrahimov vəfat edib.

Bu barədə “EADaily” portalı mərhumun Direktorlar Şurasının sədri olduğu “Eurasian Resources Group” şirkətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, məhz Ə.İbrahimovun rəhbərliyi altında qrupa daxil olan “Qazxrom” şirkəti dünya xrom istehsalçıları sırasında ikinci, ferraxrom tədarükçüləri arasında isə üçüncü yerə yüksəlib.  

Mərhum xeyriyyəçilk fəaliyyəti ilə də məşğul olub. Ötən ilin aprel ayında Ə.İbrahimov Almatı şəhər icra hakimiyyətinə koronavirusla mübarizə üçün 100 milyon tenqe ayırıb.

“Forbes”in hesablamalarına görə qazaxstanlı oliqarxın sərvəti 2.3 milyard dollar təşkil edir.

Təsdiq olunmamış məlumatlara əsasən, Ə.İbrahimov Belçikada koronavirusdan vəfat edib.