26 dəfə test verən “Barselona”nın futbolçusu koronavirusdan sağaldı



 

“Barselona”nın futbolçuları Serxio Roberto əvvəl zədə, sonra isə koronavirus səbəbi ilə iki aydan çoxdur yaşıl meydanlardan kənarda qalıb.

Bu barədə “Football-Espana” məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, futbolçu noyabr ayında sağ ayaq əzələsindən zədəsi alıb və həmin ərəfədə koronavirusa yoluxub.

Bütün bu müddət ərzində 28 yaşlı oyunçunun 26 dəfə COVID-19 testi verib və nəticələr müsbət olub. Robertonun yalnız 27-ci testin nəticəsi mənfi olub.