Ronaldunun iki qolu ilə “Yuventus” “İnter”i səfərdə məğlub etdi
İtaliya kubokunun yarımfinal mərhələsində “İnter” öz evində “Yuventus”u qəbul edib.
Kriştianu Ronaldunun iki qolu ilə “Qoca Sinyora” səfərdə əzmkarcasına qələbə qazanıb - 1:2.
Qeyd edək ki, bu klublar arasında təkrar qarşılaşma da olacaq.