Londonda polis maşınına “Molotov kokteyli” atıldı - VİDEO



 

Naməlum şəxs polis avtomobilinə “Molotov kokteyli” atıb.

“RenTV” “Metro” nəşrinə istinadən bildirib ki, hadisə London şəhərində baş verib.

Hücumdan sonra Qolders Qrin Roud ilə hərəkət edən polis maşını dərhal alışaraq yanıb. Ətraf ərazilərə giriş məhdudlaşdırılıb. Yaxınlıqdakı evlərin sakinləri qısa müddət ərzində köçürülüb.

Alışıb yanan polis avtomobili söndürülüb. Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.  

“Molotov kokteyli”ni atan şəxs saxlanılıb və bunun terror hadisəsi olmadığı bildirilib.