Doqquz nəfərlə qalan “Arsenal”ın məğlubiyyətsizlik seriyası qırıldı - FOTO



 

İngiltərə Premyer Liqasının növbəti turunda “Arsenal” səfərdə “Vulverhempton”a məğlub olub. Mikel Artetanın yetirmələri səkkiz oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirə bilməyiblər.

Bu azmış kimi “Topçular”ın iki futbolçusu David Luis və Bernd Leno qırmızı vərəqə ilə cəzalandırılıb. London klubu oyunu doqquz nəfərlə davam etdirməli olub.

2:1 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatan matçdan sonra “Arsenal” yarış cədvəlində 10-cu yeri tutur. “Vulverhempton” isə sıralamada ondan üç pillə geridədir.