Fransada polisə qılıncla hücum olub



 

Fransanın Nant şəhərində əlində qılınc olan şəxs polisə hücum edib.

REN TV xəbər verir ki, bu barədə Nant şəhərinin polis idarəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, əlində kəsici alət olan şəxs polislərdən birinə bud və qasıq nahiyəsindən xəsarət yetirib.

Qeyd olunur ki, polislər hadisə yerinə ailə üzvləri arasında baş verən insident səbəbi ilə gəlib.  

Hüquq mühafizə orqanlarına müqavimət göstərən şəxs saxlanılıb.