Poçettino: “Messini məşq etdirmək imkanı versələr, əla olardı”



 

Fransanın PSJ klubunun baş məşqçisi Maurisio Poçettino növbəti dəfə “Barselona”nın hücumçusu Lionel Messinin mümkün transferi barədə danışıb.

Bu barədə “Marca” yazıb.

“Klubun inkişaf strategiyası var. Messini məşq etdirmək imkanı versələr, əla olardı. Lakin bizi gələcəkdə nəyin gözlədiyi və yollarımızın kəsişib-kəsişməyəcəyi bəlli deyil”, - deyə M.Poçettino bildirib.