Özbəkistanda prezident seçkilərinin keçiriləcəyi tarix dəyişdirildi



 

Özbəkistan Parlamentinin Qanunverici (aşağı) palatasının birinci vitse-spikeri Akmal Səidov növbəti prezident seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb.

TASS xəbər verir ki, o, aşağı palata tərəfindən hazırlanan qanun layihəsinə görə, seçkilərin bu il dekabrın üçüncü ongünlüyünün ilk bazar günü deyil, 24 oktyabr tarixində keçiriləcəyini deyib.

“Artıq 5 fevralda Qanunvericilik palatası tərəfindən hazırlanan qanun layihəsinin Parlamentin Senatı tərəfindən təsdiqlənməsi gözlənilir”, - deyə Səidov bildirib.