Alçaqdan uçan qırıcı təyyarə çəkiliş heyətinin həyatına təhlükə yaratdı - VİDEO



 

ABŞ Hava Qüvvələrinin bazalarından birində çəkilən video müzakirələrə səbəb olub.

REN TV xəbər verir ki, jurnalist reportaj zamanı “F-18” qırıcısının uçuşunu yaxından telefonuna çəkməyə cəhd göstərib.

Kadrlarda da göründüyü kimi, yüksək sürətlə hərəkət edən döyüş təyyarəsi çəkiliş qrupundan bir neçə metr yüksəklikdə hərəkət edib və jurnalistlərin həyatına böyük təhlükə yaranıb.