Gürcüstanda türk şirkətinin anbarı yanıb



 

Gürcüstan DİN ölkənin qərbində Namaxvani su elektrik stansiyasının inşası ilə məşğul olan Türkiyənin ENKA şirkətinin anbarında baş vermiş yanğın hadisəsini araşdırır.

“Sputnik” xəbər verir ki, yanğın ENKA-nın Kvemo zonasındakı avadanlıq anbarında qeydə alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, şirkətə ciddi maddi ziyan dəyib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Ekspert-kriminalistlər yanğının səbəblərini araşdırırlar.

Müvafiq istintaq tədbirləri aparılır.