Sumqayıtda ev yandı, 5 sakin təxliyə edildi
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 6 m² sahədə qismən yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.