Bakıda nənə və nəvəni maşın vurdu, biri öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” DİN-ə istinadən verdiyi xəbərə görə, dekabrın 26-da saat 20 radələrində Binəqədi rayonunun E.Babayev küçəsində Bakı şəhər sakini Aftandil Paşayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Zəhra Binnətovanı və onun nəvəsi - azyaşlı Elvida Qarayevanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən Z.Binnətova orada ölüb.
Murad Əhməd