Suraxanıda özünü öldürmək istəyən şəxsi fikrindən daşındırdılar



 

Bakı şəhərinin Suraxanı rayonunda bir nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.